Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
XOCALILAR QANVERMƏ AKSİYASINA QOŞULDULAR

0

  •      


             Xocalı soyqırımının 25-ci ildönümü haqqında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq Xocalı rayon İcra Hakimiyyəti kütləvi tədbirlər planı hazırlamışdır.        

            Bu məqsədlə 06.02.2017-ci il tarixdə xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində könüllü qanvermə aksiyası keçirildi.  Aksiya "Xocalı şəhidləri, siz Vətən uğrunda canınızdan keçdiniz, biz Sizin yolunuzda qanımızdan keçirik" devizi altında baş tutdu. Qanvermə aksiyasında Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov və rayonun müəssisə, idarələri bütün tərkibi ilə iştirak etdilər. Günün sonunadək 100-ə yaxın insan talassemiyalı və hemofiliyalı xəstələrə dəstək üçün Xocalı rayon Mərkəzi Xəstəxanasında qan verdilər. Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunmuş aksiyanın keçirilməsində Mərkəzi Qan Bankının Gəncə Bölməsinin müdiri Tahirə Məmmədova, bölmənin əməkdaşları, eyni zamanda Xocalı RMX-nin baş həkimi Məmməd Nağıyev başda olmaqla, xəstəxananın tibbi heyəti fəallıq göstərdilər. Aksiyaya həmçinin Xocalı rayon sakinləri, şəhid ailələrindən - Vətən torpağı uğrunda şəhid olmuş "Azərbaycanın Milli Qəhrəmanı" Araz Səlimovun həyat yoldaşı Aidə Ələkbərova, atasını və qardaşını şəhid vermiş Nazilə Məmişova, Xocalı faciəsində üç övladı ilə birlikdə həyat yoldaşını itirmiş Qaryağdı Quliyev və başqaları qoşuldular.








    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi8 il öncə
    İzlənib54 dəfə
    XOCALILAR QANVERMƏ AKSİYASINA QOŞULDULAR

    Maraqlı gələ bilər
    73
    69
    71
    180